Türkiyənin terrora qarşı mübarizəsi davam edir - 2 ÖLÜ

img

Türkiyə Ordusu "Zeytun Budağı" bölgəsinə hücuma cəhd edən 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib. 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb. 

Nazirliyin sosial media hesabında qeyd olunub: "Sülh və təhlükəsizlik mühitini pozmaq istəyən PKK/YPG terrorçularının hücum cəhdlərinə sərt cavab verməyə davam edirik. Qəhrəman komandolarımız "Zeytun Budağı" bölgəsinə hücuma cəhd edən 2 PKK/YPG . terrorçularını zərərsizləşdirib". 

Xəbəri paylaş: