Arvadını öldürən sabiq hakimin cəzası AZALDILDI

img

Bakıda arvadını öldürməkdə təqsirləndirilən sabiq məhkəmə hakimi Fəqan Əhmədovun apellyasiya şikayətinə baxılıb.

Rezonans.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən Fəqan Əhmədovun həbs müddəti 7 ilə endirilib.

Xatırladaq ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə ilə bağlı Fəqan Əhmədov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Əhmədov qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Fəqan Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.(apa)

Xəbəri paylaş: