
Dünya şöhrətli fotoqraf Reza Deqatinin Laçında “Evim, gözəl evim!” layihəsi təqdim olunub.
Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.
Laçında Reza Deqatinin “Evim, gözəl evim!” lahiyəsi. Baba-nənələri və valideyni Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotoları. Lakin 30 il ərzində Laçının Ermənistanın dağıdıcı işğalından azad edilməsi ilə onlar öz vətənlərinə, Laçına qayıdırlar”,- paylaşımda qeyd olunub.