Bakıda Heydər Əliyevin 100 İlliyinə Həsr Olunmuş " Böyük Lider" beynəlxalq konfransı keçirilib

img

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022- ci il sərəncamına uyğun olaraq Azərbaycanda və dünyanın müxtəlif ölkələrində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müxtəlif səpkili və məzmunlu tədbirlər keçirilməkdədir. Bu mühüm qərar əlbəttə ki, " imzaçılar tərəfindən fə rəğbətlə qarşılanmışdır və " İMZA"  Sosial inkişafa Dəstək İctimai Birliyin İdarə heyətinin qərarı, üzvlərimizin və çoxsaylı könüllülərimizin səmimi istəkləri də həmçinin nəzərə alınmaql biz Ulu Öndərimizin 100 illiyinə həsr olunmuş " Heydər Əliyev, Böyük Lider " adı beynəlxalq konfrans keçirməyi qərəra almışdır. 


Rezonans.az xəbər verir ki, tədbirdə Azərbaycan parlamentinin deputatları, müxtəlif təşkilatların təmsilçiləri, həmçinin ictimaiyyətin nümayəndələri, politoloqlar, siyasi ekspertlərlə yanaşı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Türkiyə, Pakistan, ABŞ, Rusiya, Gürcüstan, Fransa, Almaniya, İtaliya, İsrail, kimi dövlətlərindən vaxtı ilə Ulu Öndər Heydər Əliyevin zamanında Azərbaycanda çalışmış səfirlər, onunla bilavasitə təmasda olmuş siyasi xadimlər, ekspertlər iştirak etmişlər. " İMZA"  İB - nin beynəlxalq və ictimaiyyətlə  əlaqədər departamentinin direktoru Elnar Məmədlinin moderatorluğu ilə keçirilən beynəlxaq konfransında "İMZA" İB sədri Xəyyam Əsgərov açılış nitqi söyləmişdir.

Xəbəri paylaş: