Avtomobil dəmiryol keçidində qatara çırpıldı - Xəsarət alanlar var

img

Azərbaycan Dəmir Yolları"na məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərək qatara çırpılıb.

Bu barədə Rezonans.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Xəbəri paylaş: