Sürücü sükan arxasında öldü

img

Gəncədə avtobus sürücüsü sükan arxasında ölüb.

 

Rezonans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospekti qeydə alınıb.

 

Belə ki, 9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü Orucov İlqar özünü narahat hiss edərək avtobusu saxlayıb.

 

Daha sonra o, sükan arxasında infarkt keçirərək vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: