Ermənistan Ordusunun hərbi qulluqçusu Samvel Sanoyanı öldürən hərbçi saxlanılıb.
Rezonans.az xəbər verir ki, aprelin 28-də hərbçi yoldaşının açdığı atəş nəticəsində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin çağırışçı əsgəri sıravi Samvel Sedrakoviç Sanoyan güllə yarası alıb.
O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisəni törədən şəxs ölümlə nəticələnən silahla davranış qaydalarını pozmaqda şübhəli bilinərək saxlanılıb.










