Bərdədə market yandı

img

Bərdə rayonunun Mirzalıbəyli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli tikilinin (market kimi fəaliyyət göstərir) içərisində 1 ədəd vitrin soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Rezonans.az-a bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan 1 m² sahədə əriyib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: