
İstanbulda səhər saatlarında 5 mərtəbəli hoteldə yanğın baş verib.
Rezonans.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb. Hoteldə olan 40 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Məlumata görə, elektrik qurğusunda başlayan yanğın qısa müddətdə hotel binasına yayılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.