Keçmiş arvadını bıçaqlayan kişi tutuldu

img

Dünən saat 23 radələrində Oğuz rayonunun Bayan kənd sakini 1983-cü il təvəllüdlü Nuranə Məsimovanın kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Rezonans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən keçmiş əri, 1972-ci il təvəllüdlü Eyvaz Məmmədov saxlanılıb.

Xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş: