Latakiyada terror aktı nəticəsində 18 Suriya əsgəri həlak olub

img

Cəbhət ən-Nusra" terror qruplaşmasının yaraqlıları Suriya ordusunun Latakiyanın şimalındakı mövqelərinə hücum edib.

Rezonans.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, üç kamikadze hərbçilərin yaxınlığında özünü partladıb.

Nəticədə 18 əsgər həlak olub.

Xəbəri paylaş: