Mirsaleh Seyidovun rəhbərliyi ilə işə qəbul tam obyektiv, şəffaf şəraitdə və formada həyata keçirilir

img

Bu gün Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun rəhbərliyi altında Penitensiar xidmətdə aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarətdir. 


Bunun bariz nümunəsi kimi 10 iyul 2023-cü il tarixdə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə Mirsaleh Seyidovun təyin olunmasından sonra Penitensiar xidmətdə həyata keçirilən köklü və institusional islahatları, əsasən də uğurlu və düzgün kadr siyasətinin həyata keçirilməsini, xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsini göstərmək olar. Cənab Nazir müavini Mirsaleh Seyidovun qarşıya qoyduğu vəzifələrdən biri, işə qəbulla bağlı müraciət etmiş namizədlərin xidmətə qəbulu zamanı etibarlılıq, çalışqanlıq və bilik işçi seçimində vacib kriteriyaların üstün tutulmasıdır. Əminliklə demək olar ki, Mirsaleh Seyidovun rəhbərliyi ilə işə qəbul heç bir səviyyədə müdaxilə edilməsi mümkün olmayan mexanizmlə tənzimlənərək, tam obyektiv, şəffaf şəraitdə və formada həyata keçirilir.


Cənab Nazir müavini Peşəkar rəhbər olmaqla tabeçilyində olan əməkdaşları qorxu ilə yox, hər birinə qarşılıqlı hörmətlə yanaşaraq idarə edir. Hər bir xidmətin əməkdaşı bu gün tam əmindir ki, rəhbər və əməkdaş eyni məqsədə doğru hərəkət edir. Çünki cənab Nazir müavini Mirsaleh Seyidov prinsipial və sadə rəhbər olaraq işçilər üçün “əlçatmaz” olmayıb, hər zaman işçilərin yanında olmuşdur. Ona görə də rəhbərin peşəkarlığı Penitensiar xidmətin inkişaf üçün zəruri şərtdir. Ümumiləşdirsək, xidmətin peşəkarlığı rəhbərin peşəkarlığından keçir!

Xəbəri paylaş: