
Azərbaycanın bəzi bölgələrində zəlzələ baş verib.
Rezonans.az xəbər verir ki, yeraltı təkanlar Ağdam, Qələbə, Şirvan, İsmayıllı rayonlarında, Sumqayıt şəhərində də hiss olunub.
Təkanlar yerli vaxtla saat 20.35 də hiss olunub.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Rezonans.az-a açıqlamasında bildirib ki, zəlzələ Kürdəmir, Saatlı, Cəlilabad, Sabirabad, Göyçay və digər rayonlarda hiss olunub.