“Brent” ucuzlaşdı

img

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

Rezonans.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,13 dollar azalaraq, 88,87 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar bahalaşaraq, 85,86 dollar təşkil edib.

Xəbəri paylaş: