Ərdoğan ABŞ səfərindən sonra yenidən Putinlə görüşə bilər

Ərdoğan ABŞ səfərindən sonra yenidən Putinlə görüşə bilər

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yenidən görüşə bilərlər. 

Rezonans.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğanın BMT-yə səfərindən sonra görüşün baş tutması ehtimal olunur. 

Putinin bəyanatlarından belə nəticəyə gəldik ki, taxıl dəhlizi ilə bağlı danışıqlar hələ bir müddət davam edəcək. Hər iki lider Ərdoğanın BMT-dəki təmaslarından sonra yenidən görüşə bilər", - məlumatda deyilir.  

Qeyd edək ki, Türkiyə lideri sentyabrın 17-21-də keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə gedəcək. 

Xəbəri paylaş: