Laçında minaya düşən fəhlə vəfat etdi

img

Ötən gün Laçında minaya düşən Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Salahov gecə saatlarında dünyasını dəyişib. 

Rezonans.az xəbər verir ki, P.Salahov ailəli idi, onun bir övladı var.

Qeyd edək ki, ötən gün Laçın Rayon Prokurorluğu P.Salahovun həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışdığı və Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə məlumat yayıb.

Xəbəri paylaş: