Britaniya buna görə Rusiyanı təyyarələrlə izləyəcək

img

Böyük Britaniya Rusiyanın Qara dənizdəki hərəkətlərini izləmək üçün bölgəyə təyyarələr göndərəcək və hərtərəfli kəşfiyyat fəaliyyəti həyata keçirəcək.  

Rezonans.az xəbər verir ki, bu barədə futbol Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisi məlumat yayıb.

Xüsusi olaraq qeyd edilib ki, məqsəd Putinin Qara dəniz taxıl sazişindən çıxmasından sonra Rusiyanın yük gəmilərinə hücumlarını dayandırmaqdır: "Britaniya Rusiyanın Qara dənizdəki fəaliyyətlərini izləmək, Qara dənizdə mülki gəmiçilik və ya infrastruktura hücum hazırladıqlarına dair işarələr olarsa, Rusiyanı xəbərdar etmək üçün kəşfiyyat və müşahidə aparacaq".

Xəbəri paylaş: