Sabirabadda qatarla traktor toqquşdu - Ölən var

img

Bu gün saat 12:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yük qatarı Osmanlı-Mürsəlli mənzilində hərəkətdə olarkən dəmiryol keçidini keçməyə cəhd edən traktor qatarın qarşısına çıxıb.

Bu barədə Rezonans.az-a ADY-dən məlumat verilib.

Nəticədə traktorun sürücüsü Sabirabadın Xəlfəli kənd sakini, 1988-ci il təvəllüdlü Hümbətov Bəhruz Əliyusif oğlu hadisə yerində ölüb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Xəbəri paylaş: