Yunanıstan Türkiyə ilə qaçqınlarla bağlı yeni saziş imzalamaq istəyir.
Rezonans.az xəbər verir ki, bu barədə Yunanıstanın miqrasiya və sığınacaq məsələləri üzrə naziri Dmitrios Kairidis bildirib.
O, Türkiyədən qanunsuz yolla Yunanıstana keçməyə çalışan insanların sayının kəskin artdığını və yeni şərtlər müəyyən etməyin son dərəcə mühüm olduğunu bildirib.
Yunanıstanlı nazirin sözlərinə görə, yeni saziş Berlinin rəhbərliyi altında hazırlanmalıdır.
"Biz şimal sərhədlərimizi bacardığımız qədər qoruyuruq, lakin əsas mənbədə birlikdə fəaliyyət göstərməliyik. Əsas mənbə isə Türkiyədir və burada Almaniyanın nüfuzu həqiqətən vacib və böyükdür", - o deyib.