Türk Dövlətləri Təşkilatı (TDT) Xandəndində keçirilən qondarma seçkiləri pisləyib.
Rezonans.az xəbər verir ki, bu barədə TDT-nin baş katibi səfir Kubaniçbek Ömurəliyev açıqlayıb.
O, Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə keçirilən qondarma prezident seçkilərinin regionda sülh və sabitliyə xələl gətirdiyini bəyan edib: "Azərbaycan Konstitusiyasının və qanunlarının, eləcə də beynəlxalq hüququn kobud şəkildə pozulması, regionda sülh və sabitliyə xələl gətirən bu təxribat xarakterli aktı qətiyyətlə pisləyirik.
Türk Dövlətləri Təşkilatı Qarabağın Azərbaycanın və Türk Dünyasının bir parçası olduğunu bir daha bəyan edir və buna görə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə mane ola biləcək hər hansı hərəkətdən çəkinməyə və konstruktiv dialoqa çağırır".