İsmayıllıda 44 yaşlı kişi bıçaqlandı

img

İsmayıllı rayonunda bıçaqlanmış kişi ölüb.

Bu barədə Rezonans.az-a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Belə ki, sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Cəfərov Ramin Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq bir gün sonra ölməsi polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Sadayev Şakir Ağasəməd oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbəri paylaş: