Sentyabrın 8-də Türkiyə-Ermənistan oyunu öncəsi yoxlama aparan polis əməkdaşı Azərbaycan bayrağını öpərək qəbul etmişdi.
Rezonans.az xəbər verir ki, həssaslığı ilə diqqət çəkən polis məmuru Ramazan Şahin xidmət etdiyi Düzcedə müvəffəqiyyət sertifikatı ilə mükafatlandırılıb.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində Əskişəhərdə Türkiyə-Ermənistan oyunundan əvvəl təhülükəsizlik məqsədilə digər bayraqların stadiona buraxılması qadağan edilmişdi.