''Yeni konstitusiya uğrunda səyimizi heç vaxt dayandırmayacağıq'' - Ərdoğan

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan insanlara üstünlük verən, xalqın müxtəlifliyini və zənginliyini əks etdirən, cəmiyyətə dinamizm qatan bir konstitusiya hədəflədiklərini söyləyib.

Rezonans.az xəbər verir ki, Ərdoğan paytaxt Ankarada keçirilən Yeni Konstitusiya Simpoziumunda iştirak edib.

Biz yeni konstitusiya uğrunda səyimizi və mübarizəmizi heç vaxt dayandırmayacağıq. Biz insanlara üstünlük verən, xalqın müxtəlifliyini və zənginliyini əks etdirən, cəmiyyətə dinamizm qatan bir konstitusiya hədəfləyirik. Bütün siyasi partiyalara, vətəndaş cəmiyyəti və akademiya üzvlərinə müraciət edirəm. Gəlin ən ideal konstitusiya mətnini hazırlamaq üçün danışaq, mübahisə edək, müzakirə edək''.

Yeni konstitusiyanın məqsədi ilə bağlı Türkiyə Prezidenti deyib: "Biz parlamentdəki bütün qruplarla danışacağıq, görüşəcəyik. Əgər buna müsbət baxsalar, yolumuza davam edəcəyik. Xalq Alyansı olaraq buna hazırıq".

Xəbəri paylaş: