Rusiyanın Ermənistan rəhbərliyinin bəyanatlarına reaksiyasına onların qeyri-dəqiqliyi və faktları öz əksi ilə əvəz etmək cəhdi səbəb olub.
Rezonans.az xəbər verir ki, bun barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat Ermənistan səfiri Vaqarşak Arutyunyanın Rusiya XİN-ə dəvətini də izah edib. Zaxarova deyib ki, Azərbaycanın Qarabağda suverenliyini Rusiya Federasiyası deyil, Ermənistan rəhbərliyi tanıyıb və indi bununla necə davranacağına Ermənistan xalqı qərar verməlidir: "Ancaq İrəvanda qəbul edilən qərarlara görə günahı və məsuliyyəti Rusiyanın üzərinə atmağa ehtiyac yoxdur. Rusiyada düşmən axtarmağa ehtiyac yoxdur. Rusiya heç vaxt Ermənistanın düşməni olmayıb və olmayacaq".