Sumqayıtda bağ evindən 90 min manat oğurlandı

img

Sumqayıtda bağ evindən külli miqdarda pul oğurlanıb.

DİN-dən Rezonans.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən 90.000 manat pul oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini Məhəbbət Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: