Rusiyanın gəmi zavodu vuruldu - Ölən və yaralılar var

Rusiyanın gəmi zavodu vuruldu - Ölən və yaralılar var

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Sevastopol Gəmi Zavodunu raketlərlə vurub. 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Bildirilib ki, hücum nəticəsində yanğın baş verib, 2 nəfər ölüb, azı 24 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti orta ağırdır. 

Şəhər qubernatoru Mixail Razvojayev qeyd edib ki, böyük bir desant gəmisi və dizel-elektrik sualtı qayığı vurulub. 

Xəbəri paylaş: