
Balakəndə üçotaqlı fərdi yaşayış evi yanıb.
Rezonans.az FHN-nin saytına istinadən xəbər verir ki, Balakən rayonunun Katex kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.