14 yaşlı qızın qaçırılması iddiası ilə bağlı DİN-dən AÇIQLAMA

img

Ötən gün 14 yaşlı qızın Bakıdan Masallıya qaçırılması ilə bağlı məlumat yayılmışdı.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Rezonans.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qaçırıldığı idddia olunan 14 yaşlı yeniyetmə qızın  Masallı rayonunda qohumunun evində olması müəyyən olunub. Onun ailəsinə təhvil verilməsi təmin edilib.

Araşdırmalarla onun qaçırılması ilə bağlı iddialar təsdiqini tapmayıb.

Xəbəri paylaş: