Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək məqsədilə sentyabrın 17-də Fransa Respublikasının Paris şəhərinə səfər edəcək.
Bu barədə Rezonans.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputat iclasda çıxış edəcək, gündəlikdə duran məsələlərə dair müzakirələrə qatılacaq.
Səfər sentyabrın 20-də başa çatacaq.