Bakıda restoranda yanğın

img

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 450 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) girişində ümumi sahəsi 45 m² olan talvarın şüşə-pambıq üzlüyü 4 m² sahədə yanıb.

Rezonans.az FHN-in saytına istinadən xəbər verir ki, talvarın qalan hissəsi və restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: