Keçmiş məhkum 1 kq heroinlə tutuldu

img

Göyçay rayon sakinindən külli miqdarda heroin götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuşlar - Göyçay rayon sakini Yadigar Rəhimov və Neftçala rayon sakini Şəhriyar Bayramov saxlanılıblar.

Şəxsi axtarış zamanı Y.Rəhimovdan 1 kiloqram 23 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Xəbəri paylaş: