Rusiya Barents Avro-Arktika Şurasından ÇIXDI

img

Rusiya Barents Avro-Arktika Şurasından çıxdığını elan edib.

Rezonans.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu barədə təşkilata üzv olan digər ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərlərinə müraciətində bildirib.

Sənəd həmçinin Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsinə və Norveçdəki Beynəlxalq Barents Katibliyinə göndərilib. Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən mesajda 2022-ci ilin martından şuranın fəaliyyətinin faktiki olaraq iflic vəziyyətinə düşdüyü bildirilir.

"Barents əməkdaşlıq arxitekturasının dağılmasına görə məsuliyyət tamamilə "tərəfdaşlarımızın" üzərinə düşür", - deyə Xarici İşlər Nazirliyi vurğulayıb.

Xəbəri paylaş: