Təcili yardım maşını avtomobillə toqquşdu - Yaralılar var

img

Bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansında olan "Mercedes" markalı nəqliyyat vasitəsi ilə "VAZ-21015" markalı nəqliyyat vasitəsi toqquşub. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Rezonans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla 3 nəfər, "VAZ-21015" markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. 

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Xəbəri paylaş: