"İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir" - Komitə sədri

img

İcbari tibbi sığortadan çox böyük gözləntilər var. İcbari tibbi sığorta bir neçə xidmət istisna olmaqla, bütövlükdə əhali arasında baş verən bütün xəstəlikləri, patologiyaları əhatə etməlidir".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. Onun sözlərinə görə, bu gün kifayət qədər ağır patologiyalar var ki, hələ icbari tibbi sığorta onu əhatə etmir:

Bu da insanlarda narazılıq yaradır. Düzdür, onların bir qismi çox maliyyə tutumludur. Əminəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fondunda vəsait artdıqca, bütün bu xidmətlərin hamısı icbari tibbi sığortanın xidmətlər zərfinə daxil ediləcək. Əminəm ki, vəsait artdıqca bu il olmasa da, gələn il onkoloji xəstələr icbari tibbi sığorta ilə əhatə olunacaqlar”.

Xəbəri paylaş: