Şuşada həlak olan mülki şəxs şəhid qardaşı imiş

img

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin birləşmələrinin hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətində mühəndis vəzifəsində çalışan Fərhadov Vidadi Aydın oğlu həlak olub.

Rezonans.az xəbər verir ki, 56 yaşlı V. Fərhadovun qardaşı Füzuli Fərhadov da 1992-ci ildə Birinci Qarabağ müharibəsində Şuşada şəhid olub. 

V.Fərhadov doğulduğu Şuşa şəhərində dəfn olunacaq.

Xəbəri paylaş: