Türkiyə təhlükəsizlik qüvvələrinin Şırnak vilayətində yerləşən Cudi dağı bölgəsində həyata keçirdiyi “Eren Abluka-5” antiterror əməliyyatında yaralanan iki hərbçisindən biri İsmail Can Akdeniz şəhid olub.
Rezonans.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, şəhid hərbçi və yaralanan digər silahdaşı daxili qoşunlarda xidmət ediblər.
"Hər iki qəhrəman terrorçularla atışmada yaralanmışdı", - nazir vurğulayıb.










