Tokayev BMT-də Quranın hüquqi müdafiəsindən DANIŞDI

img

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 78-ci sessiyasında çıxış edərək dünya ictimaiyyətini müqəddəs kitabları vandalizmdən qanuni şəkildə qorumağa çağırıb.

Rezonans.az xəbər verir ki, o, dinlərarası dialoqun sülh mədəniyyətinin formalaşmasında əsas rol oynadığını vurğulayıb.

“Buna görə də biz müqəddəs kitablara qarşı son zamanlar baş verən dərin hörmətsizlikdən narahatıq. İslama və ya hər hansı digər dinə qarşı bu cür vəhşi hərəkətlər azadlığın, söz azadlığının və demokratiyanın ifadəsi kimi qəbul edilə bilməz. Quran da daxil olmaqla bütün müqəddəs kitablar vandalizmdən hüquqi müdafiəyə layiqdir”.

Almaniyanın Hamburq federal əyalətinin Landtaqının deputatı Olqa Petersen Qasım-Jomart Tokayevin çağırışını yüksək qiymətləndirib və “dindar olmayanlara qarşı hər hansı barbarlığın öz dininə hörmətsizliyin təzahüründən başqa bir şey olmadığını” vurğulayıb.

Xəbəri paylaş: