51 yaşlı kişini avtomobil vurdu

img

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Rezonans.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

 

Avtomobil yolu keçən 1971-ci il təvəllüdlü Mixaylov Razvin Simand oğlunu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

("Report")

Xəbəri paylaş: