Erməni blogerin Azərbaycan liderinə müraciəti - "Prezident"lə "nazir"i həbs edin

img

Erməni bloger Karen Şirinyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib:

Rezonans.az xəbər verir ki, Şirinyan Prezident İlham Əliyevdən qanunsuz xuntanın bütün nümayəndələrini həbs etməyi xahiş edib.

“Mən Azərbaycan liderindən yalnız bir şey xahiş edirəm: Qarabağın gərəksiz “prezidenti” və “nazir”ləri həbs edilsinlər və dinc sakinlər xilas olsunlar. Qarabağa vəba və milləti məhv edənlər lazım deyil”, - deyə Karen Şirinyan "Facebook" səhifəsində yazıb.

Xəbəri paylaş: