
Qarabağda antiterror əməliyyatı zamanı şəhid xəbəri yayılmış XTQ-nin 28 yaşlı zabiti Rəsul Ağayev 3 gün sonra ayağından yaralı halda bataqlıq ərazidən tapılıb.
Rezonans.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayevin 2 qızı var.
O, YAŞAT Fondunun sədri, qazi Elvin Hüseynovun qaynıdır.