Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə taxıl sazişinin bərpası məsələsini müzakirə etməyə hazırlaşır.
Rezonans.az xəbər verir ki, bu barədə “Anadolu Ajansı” agentliyi məlumat yayıb .
O, taxıl dəhlizinin bərpası imkanının hələ də qaldığına ümid etdiyini bildirib.
“Biz bunu cənab Putinlə müzakirə edəcəyik”, - deyə Ərdoğan deyib.
O, taxıl tədarükünün tədricən artacağını istisna etməyib.