Sabah Azərbaycana payız gələcək

img

Sabahdan Azərbaycanda payız fəsli başlayır.

Rezonans.az xəbər verir ki, payız fəsli sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq. Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.

Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq. 

Xəbəri paylaş: