ABŞ Moldova ordusuna dəstək verəcək

img

ABŞ Moldova ordusunun modernləşdirilməsinə dəstək verməyə hazırdır.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bu məsələ ABŞ senatoru Stiv Deynslə Moldovanın müdafiə naziri Anatoli Nosatıy arasında görüş zamanı müzakirə edilib.

 

Görüş zamanı tərəflər regional təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlıq və strateji dialoq çərçivəsində iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

 

“Stiv Deyns ölkəsinin Milli Ordunun modernləşdirilməsi üzrə səyləri dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib”, – məlumatda bildirilir.

Xəbəri paylaş: