Ukrayna müdafiəçiləri Tavriya istiqamətində Rusiya ordusunun 70 hərbçisini zərərsizləşdirib.
Rezonans.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Tavriya" əməliyyat-strateji qoşun qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın 50-dən çox texnika və sursatını da sıradan çıxarıb. Gün ərzində düşmən Ukrayna mövqelərinə 17 dəfə hücum edib və 783 atəş açıb, 1 raket və 17 hava zərbəsi endirib. Eyni zamanda, bu istiqamətdə Ukrayna artilleriya bölmələri gün ərzində 1 116 atəş missiyasını yerinə yetirib.
Son gün ərzində Rusiya ordusunun 154 hərbçisi yaralanıb. Bundan əlavə, bir hərbçi Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.