
Venesuela Xarici İşlər Nazirliyi Kolumbiya hakimiyyətinin dövlət sərhədinin pozulması ilə bağlı ittihamlarını rədd edib.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik müvafiq yoxlamalardan sonra bu qənaətə gəlib.
Bundan əvvəl Kolumbiyanın Xarici İşlər Nazirliyi Norte de Santander departamentinin ərazisinə helikopterlə enən Venesuela ordusunun hərbi qulluqçularının dövlət sərhədini pozmasını pisləyib.