Tərksilah olan ermənilərin Azərbaycan ərazilərindən çıxışı təmin olunacaq

img

20 senyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq.

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə ediləcək.

Xəbəri paylaş: