Baş Qərargah rəisinin olduğu ərazidə güclü PARTLAYIŞ

img

Xarkov vilayətinin İzyum şəhərində Rusiya Federasiyası Baş Qərargah rəisi Valeri Gerasimovun olduğu 2-ci Ordusunun qərargahı ərazisində güclü partlayış baş verib.

 

Rezonans.az xarici KİV-ə istinadən bildirir ki, Bu barədə Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenko məlumat verib.

 

“Ümid edirəm ki, o, yüzlərlə zabiti ilə birlikdə ölüb”, - deyə nazir müavini bildirib.

 

Geraşenkonun sözlərinə görə, Rusiyanın Baş Qərargah rəisi Slavyansk istiqamətindəki hücuma şəxsən rəhbərlik etmək üçün əraziyə gəlib.

Xəbəri paylaş: