"Rəqabət bazar iqtisadiyyatının mühərrikidir" - Komitə sədri

img

Hazırda iqtisadiyyatda əlavə dəyərin formalaşmasında özəl sektorun payı 83 faizdən çoxdur. Bu gün Azərbaycanda muzdlu işləyənlərin təxminən 50 faizə yaxını özəl sektorda çalışır".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmədə deyib.

O bildirib ki, son 5 ildə dövlət sektorunda muzdlu işləyənlərin sayı cəmi 20 min artmışdısa, özəl sektorda bu artım 200 mini keçib. 

Komitə sədri əlavə edib ki, rəqabət bazar iqtisadiyyatının mühərrikidir. 

Xəbəri paylaş: