Rusiya Müdafiə Nazirliyinin Belqorod vilayətindəki obyektinin ərazisində yanğın baş verib.
Rezonans.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.
"Üç bələdiyyənin - Borisov və Belqorod rayonlarının və Yakovlevski şəhər dairəsinin sərhədində Rusiya Federasiyası Müdafiə Nazirliyinin obyektlərindən birinin ərazisində yanğın baş verib. Qurbanlar və dağıntılar barədə məlumat dəqiqləşdirilir", - qubernator bildirib.