Xəbər verdiyimiz kimi, bu gün ikinci Qarabağ müharibəsinin ildönümüdür.
Rezonans.az xəbər verir ki, müharibənin başlamasının üçüncü ilində ermənilər Yerablur hərbi qəbiristanlığında yeni qəbirlər qazır.
Qeyd edək ki, rəsmi İrəvan Qarabağda Ermənistan hərbçisinin olmadığını açıqlamışdı. Bu gün isə hərbçilər üçün qazılan qəbirlər və antiterror əməliyyatından sonra Ermənistana daşınan meyitlər rəsmi İrəvanın sözügedən bəyanatının absurd olduğunun əyani sübutudur.